Bakıda bədbəxt hadisə, 62 yaşlı kişi öldü

Bakıda bədbəxt hadisə,   62 yaşlı kişi öldü
  31 Dekabr 2020    Oxunub:1100
Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə nəticədə 1 nəfər dağıntılar altında qalaraq ölüb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində dərinliyi təqribən 80 sm olan zirzəmiyə düşmüş 1958-ci il təvəllüdlü Hacıyev Elçin Hacı oğlunun meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN   Mənzi   Meyit  





Xəbər lenti