Bakıda silsilə oğurluq edən şəxs tutuldu

Bakıda silsilə oğurluq edən şəxs tutuldu
  31 Dekabr 2020    Oxunub:880
Bakıda gözəllik salonunu və mağazalardan oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan E.Hümbətovun ətrafında Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının aparıldıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 gözəllik salonundan və 2 mağazadan ümumilikdə 690 manat pul, 385 manat dəyərində telefon aksesuarları və 550 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti