Maşınla vurulan piyada xəstəxanada öldü

Maşınla vurulan piyada xəstəxanada öldü
  31 Dekabr 2020    Oxunub:1224
Ağcabədi rayonunda yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 30-da saat 19 radələrində rayonun Hindarx qəsəbəsi ərazisində İmamqulubəyli kənd sakini B.İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini X.Kərimovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti