Ağstafada polisə zor tətbiq edən şəxs tutuldu
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Sübhan Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azvision.az