Yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu

Yaşayış binasında yanğın:  Sakinlər təxliyə olundu
  04 Yanvar 2021    Oxunub:1491
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları 8 m² sahədə və elektrik lövhəsində naqillər 3 p.m qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti