“Mercedes”i kanala aşıran sürücü öldü

“Mercedes”i kanala aşıran sürücü öldü
  04 Yanvar 2021    Oxunub:1789
Lənkəran rayonu Girdəni kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 3-də saat 23 radələrində Lənkəran rayonu Girdəni kəndinin ərazisində kənd sakini Yunus Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobili kanala aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib. Araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti