Şəmkirdə yanğın olub, bir nəfər xəsarət alıb

Şəmkirdə yanğın olub, bir nəfər xəsarət alıb
  04 Yanvar 2021    Oxunub:1445
Şəmkirdə avtobmobil sexində yanğın olub.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 32 m² olan avtomobil təmiri sexinin lambirindən ibarət tavanı və içərisindəki avadanlıqlar, bitişik ümumi sahəsi 340 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.

Yanğın zamanı müxtəlif xəsarətlər alan 1 nəfər yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Sexin və evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti