Bakıda iki yaşayış binasında yanğın olub

Bakıda iki yaşayış binasında yanğın olub
  05 Yanvar 2021    Oxunub:1166
Bakı şəhərinin Yasamal rayonunda yaşayış binasında yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilib. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paytaxtda digər yanğın hadisəsi Sabunçu rayonunda qeydə alınıb. Ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.

Yüksək temperaturdan lambirindən ibarət tavan 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti