Qubada narkotacirlər saxlanılıb
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan E.Cavadov da şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi 28 ədəd “Tramadol” həbləri və sellofan torbada təmiz çəkisi 435 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


