Bakıda qadından 2 kq heroin götürülüb

Bakıda qadından 2 kq heroin götürülüb
  05 Yanvar 2021    Oxunub:970
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Bayramova Xəzər rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a məlumata görə, şəxsi axtarış zamanı ondan 500 qram, Buzovna qəsəbəsindəki evindən isə 1 kiloqram 655 qram heroin aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti