Maşınla vurulan piyada xəstəxanada öldü

Maşınla vurulan piyada xəstəxanada öldü
  05 Yanvar 2021    Oxunub:1297
Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a məlumata görə, yanvarın 4-də saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Şağlaser kənd sakini Y.Bağırov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Zemfira Kərimovanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.


Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti