Naftalanda karantini pozan 117 nəfər cərimələndi
Mütəmadi olaraq keçirilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 117 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb.
Aparılan araşdırmalarla 1 iaşə obyektinin karantin rejiminin tələblərinə zidd olaraq fəaliyyət göstərdiyi məlum olub ki, RPŞ-nin əməkdaşları həmin obyektlər barəsində qanunamüvafiq tədbir görüb.
Bundan başqa koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq yaşayış yerini tərk edən 1 nəfər barəsində ŞPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Azvision.az