12 yaşlı Ləman tapılaraq nəzarətə götürüldü - YENİLƏNİB

12 yaşlı Ləman tapılaraq nəzarətə götürüldü -  YENİLƏNİB
  06 Yanvar 2021    Oxunub:2962
Kütləvi İnformasiya Vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.
Komitədən Azvision.az -a bildirilib ki, 12 yaşlı L. Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq bu səhər “Nur” uşaq evinə yerləşdirilib. Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Müvafiq tədbirlər görülür.

***

Bakının Sabunçu rayonunda itkin düşən qız tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 12 yaşlı Ləman Şahbazova ailəsinə təhvil verilib.

Qeyd edək ki, Nizami rayonu ərazisində yaşayan 12 yaşlı L.Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmamışdı.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti