23 yaşlı gənc bibisinin evini qarət edib

23 yaşlı gənc bibisinin evini qarət edib
  06 Yanvar 2021    Oxunub:1877
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiştəpə kəndində oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, 23 yaşlı Elşən Həsənov ötən ilin dekabr ayının 28-də yaşadığı Şiştəpə kəndində, bibisinə məxsuz fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub və oradan 1500 manat dəyərində qızıl-zinət əşyalarını gizli talayaraq oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E. Həsənovun cari ilin yanvar ayında da eyni ünvandan 1800 manat nağd pul və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması, daha sonra isə cinayət izlərini itirərək məsuliyyətdən yaxa qurtarmaq üçün fərdi yaşayış evini yandırmaq istəməsi məlum olub.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı E. Həsənov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları lombarda girov qoyduğunu və əldə etdiyi pulları xərclədiyini bildirib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti