Göyçayın bələdiyyə sədrinin meyiti tapıldı

Göyçayın bələdiyyə sədrinin meyiti tapıldı
  07 Yanvar 2021    Oxunub:4060
Göyçay rayon sakini İsmayıllıda müəmmalı şəkildə ölüb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, Göyçay rayonu Bəydövül kənd bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyiti bu gün İsmayıllı rayonunun İvanovka kəndi ərazisindən tapılıb.

Onun dostları ilə İsmayıllıya getdiyi bildirilir. Ramil Yusifovun hansı səbəbdən öldüyü hələ ki, dəqiq məlum deyil. Gənc bələdiyyə sədrinin meyiti Göyçaya gətirilib. Ölümün dəqiq səbəbi məhkəmə tibbi ekspertizanın rəyindən sonra bilinəcək.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Bələdiyyə   İsmayıllı   Göyçay  





Xəbər lenti