COVID-19 xəstələri olan Cəlilabad sakinləri Masallıda saxlanıldı

COVID-19 xəstələri olan Cəlilabad sakinləri Masallıda saxlanıldı
  07 Yanvar 2021    Oxunub:986
Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən daha 2 nəfər aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəlilabad Rayon sakinləri İ.Səmədov və X.Dövlətova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib. İ.Səmədov Masallı şəhəri ərazisində ictimai yerdə, X.Dövlətov isə Masallı şəhərinin giriş hissəsində qurulmuş stasionar postlardan birində müvafiq yoxlama zamanı aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti