Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən
Azvision.az -a bildirilib ki, yanvar ayının 2-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.
Bağlamaya baxış zamanı təxmini çəkisi 1 kiloqram 400 qram narkotik vasitə “heroin”ə oxşar maddə aşkar edilərək götürülüb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azvision.az