Qusarda ikimərtəbəli evdə yanğın olub

Qusarda ikimərtəbəli evdə yanğın olub
  08 Yanvar 2021    Oxunub:1059
Qusar rayonunun Həzrə kəndində fərdi yaşayış evində yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 64 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti