Qardaşının vəsiqəsi ilə postdan keçmək istədi, həbs edildi

Qardaşının vəsiqəsi ilə postdan keçmək istədi, həbs edildi
  08 Yanvar 2021    Oxunub:1112
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə qurulmuş müvəqqəti stasionar postda xidmət aparan zaman sərtləşdirimiş karantin rejimi qaydalarını kobud şəkildə pozaraq Qusar rayonu istiqamətində hərəkət edən Quba rayon sakini Rəşad Talıbovu idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi ilə birlikdə saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, şöbə əməkdaşları sürücünün hərəkətə icazə verən xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman isə sürücü Rəşad Talıbov rayon ərazisində, eləcə də digər rayonlara sərbəst getmək üçün icazə.gov.az portalından qeydiyyatdan keçən və hərəkətinə icazə verilən qardaşı Ramil Talıbova məxsus şəxsiyyət vəsiqəsindən istifadə etdiyini müəyyən ediblər. Onun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınıb və qanunvericiliyə uyğun olaraq RPŞ-nə gətirilib.

Faktla bağlı Rəşad Talıbov barəsində Quba RPŞ-də toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarına əsasən həmin şəxs inzibati qaydada 10 sutka həbs edilib.

Azvision.az


Teqlər: Post   Quba  





Xəbər lenti