“Yaxın günlərdə Bakıya qar yağmayacaq” - Umayra Tağıyeva

“Yaxın günlərdə Bakıya qar yağmayacaq” -  Umayra Tağıyeva
  08 Yanvar 2021    Oxunub:2916
"Son illər ərzində Bakı şəhərində qarlı, şaxtalı günlərin sayında azalma müşahidə olunur".
Azvision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ən sərt qış 1972-ci ildə olub: "2002-ci ildə dekabr ayı çox soyuq keçmişdi. Həmin vaxt 18 dəfə artik hava kütlələri daxil olmaqla Abşeron yarımadasında şaxtalı günlərin sayını artırmışdı. 2012-ci ilin fevral ayında Xəzər dənizinin Nabrandan Sumqayıta qədər donması müşahidə olunmuşdu".

U.Tağıyeva, həmçinin bildirib ki, yaxın günlərdə Bakıya qar yağması gözlənilmir.

"Uzun müddətli proqnoz vermək mümkün deyil. 2-3 günlük proqnozlar daha etibarlıdır. Lakin heç kim deyə bilməz ki, 2012-ci ilin fevral ayında müşahidə edilən qarlı, şaxtalı hava yenidən olmayacaq. Əgər belə olarsa, biz 2-3 gün qabaqcadan əhaliyə məlumat verəcəyik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Hava   Qar  





Xəbər lenti