“Ayağımın birini itirdiyimi mənə hiss etdirmədilər” - Ailə həyatı quran qazimiz

  “Ayağımın birini itirdiyimi mənə hiss etdirmədilər” -   Ailə həyatı quran qazimiz
  09 Yanvar 2021    Oxunub:10271
"Ayağımı itirməyim mənə ciddi problem yaratmır. Mülki həyatımda çətinlik çəkmirəm. Bu günə şükürlər olsun"

Azvision.az xəbər verir ki, bunu ötən gün ailə həyatı quran qazi Abbas Yusifov deyib. Sosial şəbəkələrdə nikah mərasimindən fotoları paylaşılan qazimiz gələcəyə nikbin baxdığını bildirib:
"Döyüşlərdən əvvəl nişanlı idim. Biz 2017-ci ildə tanış olmuşuq. Sevdiyim xanım öz kəndimizdəndir. 2019-cu ildə nişanlanmışıq. Cəbhədə olanda əlaqə saxlayırdım. Bilirdim ki, nişanlım məni heç vaxt atmaz. Evliliyimiz qazi olduğum dövrə təsadüf etdi. Mənə öz ailəm və yoldaşımın ailəsi dəstək oldu. Ayağımın birini itirdiyimi mənə hiss etdirmədilər”.



Qeyd edək ki, leytenant A.Yusifov Qazax rayonunun Aslanbəyli kəndində yaşayır. O, Suqovuşanın erməni işğalından azad olunması uğrunda döyüşlərdə iştirak edib. Ötən ilin sentyabrın 30-da minaya düşərək ağır xəsarətlər alıb.





Azvision.az


Teqlər: Qazi  





Xəbər lenti