Ucarda iki ev yandı

Ucarda iki ev yandı
  09 Yanvar 2021    Oxunub:2265
Ucar rayonunda bir gündə iki yanğın hadisəsi baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, rayonun ərazisində yerləşən ümumi sahəsi 100 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər məlumata görə, Ucar rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Ucar   Yanğın  





Xəbər lenti