Xızıda keçmiş məhkum narkotiklə tutuldu

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı M.Kərimovdan sellofan torbada təmiz çəkisi 480 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı M.Kərimov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib. Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.
Azvision.az