Çayxana sahibi və 18 müştərisi cərimələndi

Çayxana sahibi və 18 müştərisi cərimələndi
  09 Yanvar 2021    Oxunub:1250
Xaçmazda karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Yergüc kəndi ərazisində yerləşən çayxananın mövcud karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 18 müştərinin və obyekt sahibi İ.Gülməmmədovanın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.

Azvision.az



Teqlər: DİN   Cərimə  





Xəbər lenti