Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, yanvarın 8-i saat 7 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Aşağı Güzdək qəsəbə sakini A.Məmmədovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Azvision.az