Naxçıvanda heç kimin işıq pulu borcu yoxdur

   Naxçıvanda heç kimin işıq pulu borcu yoxdur
  11 Yanvar 2021    Oxunub:2048
Naxçıvan Muxtar Respublikası üzrə 2020-ci ilin dekabr ayında verilən elektrik enerjisinin miqdarı, satışdan daxil olan vəsait və ödənilmə faizi haqqında məlumat açıqlanıb.
Azvision.az xəbər verir ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.



Qeyd olunub ki, dekabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 30 milyon 155 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 530 min 100 manat olmuş, cəmi 2 milyon 527 min 500 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 faizini təşkil edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Elektrik   Enerji  





Xəbər lenti