Siyəzəndə polis mindən çox şəxsi cərimələdi
Lakin pandemiyanın ölkə ərazisində yayılmasının ilk günlərindən başlayaraq rayon ərazisində keçirilən reydlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozmaqda davam edən şəxslər də aşkarlanıb və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Belə ki, cari ilin yanvar ayının 1-dək rayon ərazisində karantin qaydalarını pozan 1 052 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq cərimə protokolları tərtib olunub və həmin şəxslər məsuliyyətə cəlb olunublar.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində mövcud karantin qaydalarını pozaraq fəaliyyət göstərən 5 kafe-restoran aşkarlanıb və qaydaları pozan obykt sahibləri, eləcə də müştərilər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin bir yas və bir qonaqlıq məclisinin təşkil edilməsi aşkarlanıb və dərhal qanun pozuntusunun qarşısı alınıb.
Qeyd edilən müddət ərzində RPŞ-nin əməkdaşları tərəfindən yaşayış yerini tərk edərək pandemiyanın yayılmasına şərait yaradan 4 nəfər aktiv COVID-19 xəstəsinin qanunazidd hərəkətinin qarşısı alınıb və onlar barəsində İstintaq Bölməsində cinayət işi başlanılıb.
Azvision.az