Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da şəhər ərazisindəki mağazaların birindən 5 500 manat və 10 000 ABŞ dolları (17 000) pul oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş H.Nurəliyev saxlanılıb.
Azvision.az