Oğurladığı maşınla tutuldu

Oğurladığı maşınla tutuldu
  12 Yanvar 2021    Oxunub:2380
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə yanvarın 6-na keçən gecə rayon ərazisindən D.Dadaşova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil yanvarın 8-də A.Heydərov küçəsində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Süleymanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti