Yanvar ayı üzrə pensiyaların ödənişinə başlanılıb

   Yanvar ayı üzrə pensiyaların ödənişinə başlanılıb
  12 Yanvar 2021    Oxunub:8393
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, bu üç şəhər və rayon üzrə bütün pensiya vəsaitlərinin pensiyaçıların hesablarına köçürülməsi prosesi bu gün ərzində tam yekunlaşacaq.

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Azvision.az


Teqlər: ƏƏSMN   Pensiya  





Xəbər lenti