DİN sığınacaqda baş verən hadisəyə münasibət bildirdi

   DİN sığınacaqda baş verən hadisəyə münasibət bildirdi
  12 Yanvar 2021    Oxunub:2321
Daxili İşlər Nazirliyi (DİN) Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Azvision.az -a bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub:

"Hazırda araşdırma aparılır. İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verib".

Qeyd edək ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin əməkdaşı Elnurə Zeynalova "Təmiz Dünya" İB-nin sığınacağında qalan qadınlardan birinin qohumları tərəfindən şiddətə məruz qalıb.

Azvision.az


Teqlər: Bakı   DİN  





Xəbər lenti