Bakıda iki evdə yanğın olub

Bakıda iki evdə yanğın olub
  12 Yanvar 2021    Oxunub:2175
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 230 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə və içərisində 2 ədəd məişət avadanlığı yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında beşik və 4 ədəd döşək yanıb. Ev yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   FHN   Yanğın  





Xəbər lenti