Qanunsuz balıq ovlayan şəxs postda saxlanıldı

Qanunsuz balıq ovlayan şəxs postda saxlanıldı
  13 Yanvar 2021    Oxunub:1616
Xaçmazda qanunsuz olaraq nərə və qızıl balıq ovlayan şəxs aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə qurulmuş müvəqqəti stasionar postda xidmət aparan zaman taksi fəaliyyəti ilə məşğul olan Atamoğlan Əzizovun idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar.

Şöbə əməkdaşları sürücü və nəqliyyat vasitəsində sərnişin qismində əyləşən Fərrux Ağayevin sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman isə oradan Fərrux Ağayevə məxsus qanunla ovlanması qadağan edilən iki ədəd nərə, bir ədəd qızıl balıq, müxtəlif sayda və çəkidə digər balıq növləri, eləcə də ov üçün istifadə olunan balıq torları aşkar edilib.

F.Ağayev maddi sübutlarla birlikdə qanunvericiliyə uyğun olaraq RPŞ-nə gətirilib. İlkin dindirilmə zamanı o, balıq məmulatlarının və torların ona məxsus olduğunu etiraf edib.

Faktla əlaqədar Xaçmaz RPŞ-də istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Balıq   Post  





Xəbər lenti