Evini tərk edən COVID-19 xəstəsi saxlanıldı

Evini tərk edən COVID-19 xəstəsi saxlanıldı
  13 Yanvar 2021    Oxunub:1871
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Anar Zeynalovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Tərtər Rayon Polis Şöbəsi-nin İstintaq Bölməsində araşdırma aparılır.

Azvision.az



Teqlər: COVID-19xəstəsi  





Xəbər lenti