Gömrükdən gizlədilən siqaretlər aşkarlandı

Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
  13 Yanvar 2021    Oxunub:1971
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 8 fakt üzrə 11 360 ədəd müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, Gürcüstandan gələn "Mercedes Benz", "DAF" və "İveco" markalı yük avtomobilləri saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsələr də, baxış zamanı yük avtomobillərin gizli saxlanc yerlərindən, ümumilikdə 11 360 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK   Gömrük   Siqaret  





Xəbər lenti