Bakı və Sumqayıtda yanğın olub

Bakı və Sumqayıtda yanğın olub
  14 Yanvar 2021    Oxunub:1160
Sumqayıt şəhəri, Corat qəsəbəsində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, bitişik ev yanğından mühafizə olunub.

Həmçinin, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Sumqayıt   Yanğın  





Xəbər lenti