Bakıda karantini pozan oyun zalı aşkarlanıb

Bakıda karantini pozan oyun zalı aşkarlanıb
  14 Yanvar 2021    Oxunub:1749
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Zabrat qəsəbəsində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən oyun zalı aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb. Baxış zamanı oranın sahibi vətəndaş Nurlan Əzizli və daha 4 müştəri saxlanılaraq ərazi üzrə Sabunçu PRİ-nin 15-ci Polis Bölməsinə gətirilib.

Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Oyun zalının sahibi N.Əzizlinin etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanına göndərilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti