Göyçayda fəhlə hündürlükdən yıxılaraq xəsarət aldı

Göyçayda fəhlə hündürlükdən yıxılaraq xəsarət aldı
  14 Yanvar 2021    Oxunub:2484
Yanvarın 13-ü saat 11 radələrində Göyçay rayon sakini 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə Göyçay rayon prokurorluğuna məlumat daxil olub.
Göyçay rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, ilkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az


Teqlər: Göyçay   Prokurorluq  





Xəbər lenti