Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlandı

Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlandı
  14 Yanvar 2021    Oxunub:1213
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Balakən rayonu, Qullar kəndində yerləşən fiziki şəxs Bəhramov Vilayət Əsəd oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçiriblər.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, baxış zamanı çörək istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcə də sanitariya-gigiyena, norma və qaydalarının kobud şəkildə pozulması faktı aşkar edilib.

İlkin baxış zamanı işçi heyətin xüsusi geyim formasından istifadə etmədən çalışdığı, müəssisədəki sanitar qovşağın birbaşa istehsal sahəsinə çıxışı olduğu müəyyən olunub.



Yoxlama zamanı istifadə olunan xammal və köməkçi materialların istehsal sahəsində, unun isə birbaşa divara bitişik, normativ texniki sənədlərin tələblərinə zidd olaraq saxlanıldığı, hazır məhsulun (çörəyin) yığıldığı rəflərin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu, emal prosesində istifadə olunan qabların təmizlənmədən antisanitar şəkildə istifadə edildiyi aşkarlanıb.

Aşkar edilən nöqsanlarla bağlı çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və qanunvericiliyə müvafiq olaraq digər tədbirlər həyata keçirilib.







Azvision.az


Teqlər: Balakən   Çörək   AQTA  





Xəbər lenti