Bakıda ikimərtəbəli ev yandı

Bakıda ikimərtəbəli ev yandı
  15 Yanvar 2021    Oxunub:2137
Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 300 m² olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli mansarda tipli evin mansardasının yanar konstruksiyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti