Qazilərə və şəhid ailələrinə yardım üçün tibbi aksiya keçirilir

Qazilərə və şəhid ailələrinə yardım üçün tibbi aksiya keçirilir
  15 Yanvar 2021    Oxunub:1472
Naxçıvanda Vətən müharibəsi qazilərinə, şəhid ailələrinə tibbi yardımın göstərilməsi məqsədilə tibbi aksiya keçirilir.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan iki günlük tibbi aksiyaya yanvarın 14-dən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində start verilib.

Aksiyada şəhidlərin ailə üzvləri, Vətən müharibəsində iştirak edən və yaralanan qazilərimiz, onların və şəhid ailələrinin üzvləri heç bir kassa ödənişi etmədən, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, zərurət yarandıqda ambulator müalicə, kiçik və böyük ölçülü cərahi əməliyyatlara cəlb olunublar. Uroloji, terapevtik, kardioloji, rentgenoloji, laborator müayinələrdən keçənlərə müvafiq tibbi yardım göstərilib, müvafiq təyinat və məsləhətlər verilib.



Müayinə və müalicələrə cəlb edilən Səyyad İbrahimov, Yaqub Cəfərov, Zərəfşan Bağırova, Nüsrət Əhədov və başqaları onlara göstərilən bu xidməti şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə göstərilən diqqət və qayğının ifadəsi kimi dəyərləndirib, belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, humanitar tibbi aksiya bu gün də davam etdiriləcəkdir.




Azvision.az


Teqlər: Naxçıvan   Şəhid-ailəsi   Qazi   Tibbi-yardım  





Xəbər lenti