Avstriyadan gətirilən 100 kq qida qatqısı məhv edilib

Avstriyadan gətirilən 100 kq qida qatqısı məhv edilib
  15 Yanvar 2021    Oxunub:1173
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Xarici ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsulları AQTA tərəfindən risk əsaslı ekspertizaya cəlb edilir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yanvarın 12-də “TAC” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Avstriya Respublikasından ölkəmizə idxal olunan “Sustain” əmtəə nişanlı qida qatqısından götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinə edilib. Aparılan müayinələr nəticəsində mineral suda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.

Bununla bağlı olaraq istifadəyə yararsız “Sustain” əmtəə nişanlı 5 litrlik qablaşdırmada 20 ədəd, ümumi çəkisi 100 kq qida qatqısı məhsulu partiyası “Təhlükəli Tullantılar” poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Azvision.az


Teqlər: AQTA   Qida   Əlavə   Məhv  





Xəbər lenti