Qaziyə yeni mənzil verildi - FOTO
V.Behbudov qazimizi və ailəsini bu münasibətlə təbrik edib. O, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək işlərinin aparıldığını bildirib. Məmmədin və qardaşının məşğulluğuna dəstək üçün istəkləri əsasında onların ödənişli ictimai işlərə cəlb olunduğunu da qeyd edib.
Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına döyüşən M.Əkbərov döyüşlərin birində xəsarət almasına baxmayaraq, yenidən döyüşlərə davam edib. Oktyabrın 21-də Qubadlı uğrunda döyüşdə növbəti dəfə yaralanıb. Müalicəsini evdə davam edən Məmməd əlilliyə görə təqaüd alan atası, orta məktəbdə çalışan anası, qardaşı və məktəbli bacısı ilə birgə yaşayır.
Xatırladaq ki, ötən ay V.Behbudov və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ailə ilə görüşmüşdü. Ailənin məişət durumu, ailə tərkibi nəzərə alınaraq Nazirlik tərəfindən sosial tərəfdaşın dəstəyi ilə onların mənzillə təmin edilməsi qərara alınmışdı.
Azvision.az