Evlərdən 6 minlik oğurluq edən şəxs tutuldu

Evlərdən 6 minlik oğurluq edən şəxs tutuldu
  15 Yanvar 2021    Oxunub:959
Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bir evdən 5 000 manat dəyərində elektrik naqili və bir həyətyanı sahədən kondisioner oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş F.Muradov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun daha bir həyətdən kondisioner, bir evin zirzəmisindən isə 1 000 manat dəyərində velosiped oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti