Hirkan Milli Parkında yanğın davam edir

Hirkan Milli Parkında yanğın davam edir
  15 Yanvar 2021    Oxunub:1282
“Dünən gecə satlarından başlayan yanğın Hirkan Milli Parkının Astara ərazisində, İranla həmsərhəd əraziyə yaxın hissədə baş verib”.
Azvision.az xəbər verir ki, bunu ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

Xidmət rəisi bildirib ki, küləyin güclü olması nəticəsində, həmçinin relyefin mürəkkəb olmasına görə, əraziyə yanğınsöndürənlər tətəfindən müdaxiləni çox çətinləşdirir:

“Ancaq əl əməyindən istifadə olunur. Hirkan Milli Parkının əməkdaşları, həmçinin ərazidə mövcud olan meşə idarəsinin əməkdaşları, FHN-in yerli bölməsi, kənd camaatı da iştirak edirlər. Səhər saat 08:30 radələrində əlavə kömək məqsədilə bir qrup heyət də artıq yanğın yerinə göndərilib. Ərazidə külək azalsa da, yanğın hələ də davam dir. Gecə saatlarına görə yanğının qarşısı nisbətən alınıb”.

Azvision.az




Teqlər: Hirkan   Milli-Park   Yanğın   ETSN  





Xəbər lenti