Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı

   Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
  16 Yanvar 2021    Oxunub:2017
Bir müddət əvvəl Belçikada itkin düşən və polis tərəfindən axtarılan Azərbaycan vətəndaşının meyiti tapılıb.
Azvision.az “Report”a istinadən xəbər verir ki, Mexelen şəhərində yaşayan Vüqar Rza adlı Azərbaycan vətəndaşı ilə bağlı bir həftə əvəvəl yerli polis tərəfindən axtarış elan olunmuşdu.

Nəhayət bu gün səhər saatlarında V. Rzanın meyiti tapılıb.

Mexelen Şəhər Polis İdarəsindən verilən məlumata görə, Azərbaycan vətəndaşı ilə bağlı yerli Cinayət Məcəlləsinin ölüm həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı istintaq davam edir.

Məlumat üçün qeyd edək ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, bir neçə il əvvəl Belçikaya gəlib.

Azvision.az


Teqlər: Belçika   Müəllim  





Xəbər lenti