“10 mindən çox erməni hərbçi fərarilik edib” - Andranik Koçaryan

 “10 mindən çox erməni hərbçi fərarilik edib” -  Andranik Koçaryan
  16 Yanvar 2021    Oxunub:3042
Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyanın üzvü Andranik Koçaryan ölkədə 10 mindən çox fərarinin olduğunu etiraf edib.

Azvision.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
“Bizim 10 mindən çox axtarışda olan vətəndaşımız var ki, onlar da xidmətdən yayınıblar”,-erməni deputat deyib.

Xatırladaq ki, ötən ilin noyabr ayında Prezident İlham Əliyev xalqa müraciətində Ermənistan ordusunda fərarilik edənlərin sayının 10 mindən çox olduğunu diqqətə çatdırmışdı:

“Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Axtarış   Xidmət   Koçaryan  





Xəbər lenti