Daha 8 koronavirus xəstəsinə cinayət işi açılıb

Daha 8 koronavirus xəstəsinə cinayət işi açılıb
  16 Yanvar 2021    Oxunub:2434
Ötən gün ev şəraitində müalicə təyin edilən 8 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamaları, karantin rejimi qaydalarına riayət etmələri xahiş olunur.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti