Zabratdakı yanğın söndürülüb - YENİLƏNİB

Zabratdakı yanğın söndürülüb -  YENİLƏNİB
  17 Yanvar 2021    Oxunub:3096
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
***
(19:34)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin səyi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti