Azərbaycanın Latviyadakı səfirliyində yanğın olub?

  16 Yanvar 2021    Oxunub : 1430
   Azərbaycanın Latviyadakı səfirliyində yanğın olub?
Yanvarın 14-də Azərbaycanın Latviyadakı səfirliyində yanğının baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqətə uyğun deyil.
Azvision.az xəbər verir ki, bu barədə AzərTAc-a Azərbaycanın Latviyadakı səfirliyindən bildirilib.

Məlumata görə, yanğın Riqa şəhərinin mərkəzində, Raina Bulvaris 2 ünvanında yerləşən, birinci mərtəbəsi səfirliyə məxsus olan binanın ikinci mərtəbəsindəki mənzildə baş verib.

Qeyd edilib ki, saat 17:30 radələrində başlayan yanğın lokal xarakterli olub və qısa zamanda söndürülüb. Səfirliyə heç bir zərər dəyməyib.

Azvision.az

Teqlər: Səfirlik   Yanğın